Bayatılar
Dillən bayatım mənim,Ömrüm, həyatım mənim.Yorulub yolda qalmaz,Köhləndi, atım mənim.
Dağ qalıb yarı çəndə,İtirdim yarı çəndə.Bulaqlar oda döndüSuyunu yar içəndə.
Qüvvətim, zorum torpaq,Ocağım, qorum torpaq.Səndə bir iz qoymasamAlışsın gorum, torpaq.
Kamanın oxlar məni,Unutdu toxlar məni.Bir aca dost olmuşam,Hər sabah yoxlar məni.
Dedilər bal talandı,Qoymayın bal talandı.Baldan ötrü bir ağacMin yerdən baltalandı.
Ucuz andı,İçmərəm ucuz andı.Mənim baha eşqimiYar yaman ucuz andı.
Qışdandı,Soyuqluğu qışdandı.Belə yara nə deyim?Yaz söz verdi, qış dandı.
Şeh düşdü göy çəmənə,Göz vurdu göy, çəmənə.Ələsgəri çağırdım,Səs verdi Göyçə mənə.
Bu ay da belə gəldi,Bu il də belə getdi.Günüm var selə döndüm,Günüm var selə getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bayatilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axıtdın sevincin selində məni,Qəlbim gözündəki axına düşdü.
ŞöhrətYaşatdı dünyada qüdrəti qədər,Hər kəsi özünün imzası, adı.
QəzəlHara düşdü Şəhriyarım, ax, diyar görmək istərəm,Haqq diyarımtək orada da haqq diyar görmək istərəm.
QəzəlAnam desə oğlum hanı, eşq oduna yandı deyin,Eşqin yolunda ölməyi bir ölməzlik sandı, deyin.
Стихи других поэтов
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.