Deyimlər
İki ömür verilmir təbiətdə heç kəsə,Səadətdir bir ömrü şərəflə başa vurmaq.Daşdan çıxan qığılcım kor eyləyər gözləri,Ağır olur həyatda baltanı daşa vurmaq!
Adam var, zəhərə döndərir balı,Zəhəri bal edən dodaqlar da var.Otuz beş yaşında el ağsaqqalı,Altmış yaşında uşaqlar da var!
Baxıb ögey kimi, baxıb yad kimi,Balanın qəlbinə dəyə bilərmi?Dörd fəsil şairə dörd övlad kimi –Hansını çox sevir, deyə bilərmi?!
Gəlhagəl çağıdı bu yerdə yazın,Gəlin, şeirinizi bu yerdə yazın.Eşqi dərinlərə qəlbində yer var,Yaman qənimidir bu yer dayazın.
Şimşək çaxdı, dolu döydü qorxmadım,Baxışların buludundan qorxuram.İnsaf eylə nəğmələrin susmasın,Dodaqların sükutundan qorxuram.
Sevirəm güllərin təbiətini,Gülün qismətinə bağça, bağ düşüb.Tikanın bəxtinə çəpərə dönmək,Qonşunu qonşudan ayırmaq düşüb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-deyimler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qabarıb çəkilən dəniz ömrümünDənizi çəkilər, adası qalar.
SözQarşımda varaqdı, əlimdə qələm,Sözün bölümündə, bölgəsindəyəm.
Yaddaşım mənim yox, yaddaşlarındıQələmim yük tutub halal mayadan,İlhamım nə sükut, nə lallıq bilir.
Fürsət verdi AllahımızNəfəs verdik, nəfəs aldıq,Dağlar əlacımız oldu.