Fürsət verdi Allahımız
Nəfəs verdik, nəfəs aldıq,Dağlar əlacımız oldu.Bircə anda unudulan,Ağzımız, acımız oldu.
Cavanlığa qayıtdı yaş,Gözdə qəm yox, ruhda təlaş.Öpdüyümüz hər qara daş,Kəbəmiz, hacımız oldu.
Göylərə dəydi başımız,İtiləndi yaddaşımız.Məğrur qaya — qardaşımız,Tər çiçək bacımız oldu.
Dünya yenə həmən-həmən,Duyğulardı şehdə çimən.Naxışlı düz, yaşıl çəmən,Əriş-arğacımız oldu.
Günəş bizi tutdu zərə,Cənnətimiz hər dağ-dərə.Döndük dağda peyğəmbərə,Göyə meracımız oldu.
Fürsət verdi Allahımız,Güldü axşam-sabahımız.Gözəllər könül şahımız,Gözəllik tacımız oldu.2003, sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-furset-verdi-allahimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
Həyatdan istəyimBircə içimlik su, bir ovuc torpaq,Bir çinar kölgəsi bəs edər mənə.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nə yaxşıTorpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!