Şöhrət
Yaşatdı dünyada qüdrəti qədər,Hər kəsi özünün imzası, adı.Ucalmaq eşqinə hamı düşsə də,Ucalıq hamıya qismət olmadı.
Ən uca, ən məğrur dağın yanındaBalaca dağlara deyilər təpə.Dənizin tufanı görünər gözə,Dalğa olan yerdə görünməz ləpə.
İnsanın, torpağın, havanın, suyunDərin qatlarına enən ucalar.Əməli xalqına yaraşıq olan,Şöhrəti heykələ dönən ucalar.
Şöhrət qapısını döyən kəslərinGecikməz, qisməti vaxtına düşər.Hər əsrin əlçatmaz bir zirvəsi var,O da bir şairin bəxtinə düşər.
1973, 4 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sohret
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yad əllərdə əsir qalan balam, hey,Atan yetim, anan yetim, sən yetim.
Millət VəkilinəBu gün sənin eşqinə açılıb doğan səhər,Bu gün səndən danışır oba, oymaq, kənd, şəhər.
ÖmrümÇəkməlisən, çək yükünü dünyanın,Şair ömrüm, ozan ömrüm, hac ömrüm.
BənzətməŞair dostum Musa Yaquba*Qardaşıma bir bənzətmə tapmışam,
Стихи других поэтов · О судьбе
Köhnə Şamaxının seyrin eylədim,Əl dəyməmiş təzə bağlar qalıbdı.
Könül bulanmaz imiş etibar olan yerdəKönül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
شکوه بر چرخ برند از دشمنعجبا چرخ بُوَد دشمن من
Nə etmişəm fələkə, boylə qıldı zar məniNə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.