Şair dostum Musa Yaquba

Qardaşıma bir bənzətmə tapmışam,Musa Yaqub dağ kəlinə bənzəyir.Başı zirvə, döşü yamac, özü dağ,Şeriyyətin heykəlinə bənzəyir.

Qızıl qaya, yaşıl çəmən, göy meşə,Qayalarda baş-başadır, döş-döşə.Kövrələndə boynu bükük bənövşə,Kükrəyəndə dağ selinə bənzəyir.

İlham ona, o ilhama anadı,Təbiətdi duyğusunun qanadı.Nəğmələri sığallanmış sonadı,Hər misrası bir gəlinə bənzəyir.

Bir çiçəkdi, təravətin dilidi,Halallıqdı, ləyaqətin dilidi.Danışdığı təbiətin dilidi,Süleymanın quş dilinə bənzəyir.

Acı deyil şan-şöhrətin, ad-sanın,Dalğasıdı söz adlanan dəryanın.Bir gözü tox balasıdı Şirvanın,Öz yurduna, öz elinə bənzəyir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе