(Bu, nübüvvətin 10-cu ilində baş verdi)

“Ey dağl Mənim başıma gələn şey sənin başına gəlsəydi,dayanmazdın, yıxılardın”. Bu fikir böyük oğlu Qasiminvəfatı zamanı Peyğəmbərin dilindən səslənmişdir.(Saleh Suruç, “Peyğəmbərin həyatı”,Icild, səh.341)

Köməksiz qalanda. insan övladıUmidi gözününyaşına gəlir.Uçrum kənarındadayanır ömrü,Qisməti yarğanınqaşına gəlir.

Səmtini, yönünüazmış zaman var,Peyğəmbər qəlbindəah var, aman var.Kədərdən gözlərəçökən duman var,Ömrün baharına,qışına gəlir.

Ağırdı dövranın,vaxtın şərtləri,Yumşaldıb mum edirdaşdan sərtləri.Həmişə dünyanınböyük dərdləriBöyük adamlarınbaşına gəlir.

Qəlbində, ruhundabir çaxnaşma var,Peyğəmbər sinəsimöhtəşəm qaya.Hər gün hücumdadır,vəhşi dalğalar,Qərq etmək istəyironu dəryaya.

Peyğəmbər ürəyigur işıq kimi,Yanır gözlərindəHaqqın niyyəti.Gətirmək istəyirnur, işıq kimiDünyaya təzə birmədəniyyəti.

Bütlərlə, lütlərlə,ilahlar iləAramsız döyüşürtək Allah üçün.Min canı olsa da,verər, çəkinməz,Bircə “La ilahə illəllahl”

Qüreyşi zəhərliilana dönüb,Hər gün fürsət gəzironu çalmağa.Müşrik də, kafir dənövbəyə durub,Hazırdı hər saatqisas almağa.

Hələ ki alınmazqala kimidi,Nə ağır itkisi,nə bir yası var.Onun Xədicətəkeşqi, dayağı,Əbu Talib kimibir arxası varl

Qoşa qanad kimiqaldırır onu,Biri qeyrətidi,biri sərvəti.Hələ əvvəlidiböyük yolların,Nə gücü azalır,nə qətiyyəti.

Atanın üzünügörməyən oğulSevib ata kimiƏbu Talibi.Dərdli ürəyindənələr var onun,Dərin dəryalarıngörünməz dibi.

Dəryalar qoynundabatmağa qoymur,Üzən gəmi kimiqoruyur onu.Nakam qardaşınıntək balasıdı,Doğma əmi kimiqoruyur onu.

Heyif, bu sevinciçox dada bilmir,Əcəl əmisiniaparıb gedir.Cavan Məhəmmədin,bu sərt ayrılıqQəlbini köksündənqoparıb gedir.

Heyif, uzun sürmürbu bəxtəvərlik,Başlanır həyatınsərt işgəncəsi.Peyğəmbər qəlbinididmək istəyirMüşrikin, kafirinqara pəncəsi.

Ürəyi partlamır,dözür, dayanır,Ən ağır dərd iləyüklənəndə də.Başının üstündəAllah dayanır,Peyğəmbər tək olmurtəklənəndə də.

Xədicə — isməti,məhəbbətidir,İslama ilk imangətirən qadın,Peyğəmbər yükününağırlığınıÇiyninə şərəfləgötürən qadın.

Dini sevgidədir,sevgisi dində,Məhəmməd ömrününaynasıdır OlTəkcə Peyğəmbərinqadını deyil,Həzrət Fatiməninanasıdır Ol

Xədicə xəstədir,tükənir ömrü,Bir ana əriyibsönür şam kimi.Nə ümidə baxır,nə təsəlliyə,Daralır nəfəsibir axşam kimi.

Bacarmır çox şeyibacaran qadın,Ölümlə, əcəlləbacara bilmir.Bac verib, bac alıbhəyatı boyu,Amansız ölümdənbac ala bilmir.

Bir axşam canındançıxdı nəfəsi,Ruh getdi, qurucabədəni qaldı.Tufan bir tarlanısovurdu göyə,Nə sünbülü qaldı,nə dəni qaldı.

Gecədən-gecəyətamamlandı vaxt,Bir gecə gəlmişdi,bir gecə getdi.Peyğəmbər əlindənuçdu quş kimi,Getdi əllərindən,Xədicə getdi.

Bir ömür beləcəyetişdi sona,Uçdu cənnətinəsaf dilək üstə.Verdi son müidəniPeyğəmbər ona:“Yerin var cənnətdə,ağ döşək üstəl”

Dağılır yaraşıq,pozulur nizam,Zirvələr başındanqar itirəndə.Köz kimi qovrulurbağban ürəyi,Dəyməmiş tökülənbar itirəndə.

Xoşbəxtlik dağına,düzünə gəlmir,Gözünün işığıgözünə gəlmir,İnsan zaman-zamanözünə gəlmir,Məhəbbət gücündəvar itirəndə.

Yanaqda gül açıbyanan zər solur,Nə qədər olsa datəzə-tər, solur.Məhəmməd adındaPeyğəmbər solurXədicə adındayar itirəndə.

Bu, ağır iliydiMəhəmməd üçün,Dərdin yürüş ili,zəfər iliydi.Vaxtsız ayrılığın,vədəsiz köçünBir evə dalbadalsəfər iliydi.

Ömür bağçasınaqış belə gəldi,Peyğəmbər bu dərdətuş belə gəldi.Bu, tale işiydi,iş belə gəldi,Bu da bir qəzavü-qədəriliydi.

Dərd daşıb, bəmindən,zilindən çıxıb,Neçə xoşbəxtliyiəlindən çıxıb.Bu söz Peyğəmbərindilindən çıxıb:“Bu bir hüzn iliydi,kədər iliydi”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов