Bir kəlmənin qüdrəti
“La ilahə illəllah,Muhəmməd Rəsulullah”
Allah oldu ilk sözü,Allah oldu son sözü,Yön verdi yönsüzlərəqiblə sözü, yön sözü.Müsəlman tarixininilk cümləsi, ön sözü:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Sükunətdə səs oldu,sədayla, şurla gəldi,Cəbrayıl camalındatəcəlli nurla gəldi.Sevgiylə, mərhəmətlə,xoş bir uğurla gəldi:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
İlk andan, ilk saatdanhaqqa verdi meydanı,Qovdu öz dərgahından,lənətlədi şeytanı.İlahi sevgilərləqucaqladı dünyanı:“La ilahə illəllah,Muhəmməd Rəsulullahf”
İstəyimiz, sevgimiz,ülfətimiz, mehrimiz,Tarixin yaddaşındaiman adlı möhrümüz,Möcüzədən ucadamöcüzəmiz, sehrimiz,Doğan ruh günəşimiz,axan duru suyumuz,Keçmişimiz, kökümüz,sabahımız, soyumuz,Azan sədalarındaərşə çatan boyumuz:“La ilahə illəllah,Muhəmməd Rəsulullahi”
Bir mağara, bir mələk,bir insan, bir pıçıltı,Açan yoxdu sirrini,sirr insan, sirr pıçıltı.İlqar, iman, əqidə,dözüm, səbir, pıçıltı:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Uluları görəndəululaşdı ulumuz,Qul oldu qulluğunda,şərəfləndi qulumuz.Gəldi, vaxtında gəldielçimiz, Rəsulumuz:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Yüz on dörd ad içindəsayı bəlli ayədi,Nizamadı, intizamdı,məfkurədi, qayədi,Tükənməz bir xəzinə,dağılmaz sərmayədi:“La ilahə illəllah,Muhəmməd Rəsulullahi”
Vahid nədir, tək nədir,bir nədir? — başa saldı,Məhəmməd alnındakınur nədir? — başa saldı,İsrafilin çaldığısur nədir? — başa saldı:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Təsbeh dənəsi kimidüzüldükcə kəlmələr,Açılıb çözələndisirr möhürlü ilmələr.Gör bir nələr yaratdıTanrıya yüksəlmələr:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Minaya qurban gedənbir həyatı göstərər,Zəmini, asimanı,yeddi qatı göstərər,Məkkəni nurlandırar,Ərəfatı göstərər,Allah ilə başlanar,insanla tamamlanar,Haqqa vurğun könüllərçıraqlanar, şamlanar,Hər dəfə səslənəndəKainat ilhamlanar:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Sevgidən qurdu, yapdısarayı, imarəti,İnsan sevgisi bildiən böyük ibadəti,İlk gündə xəbər verdison günü — qiyaməti:“La ilahə illəllah,Muhəmməd Rəsulullahi”
Fikirlər sultanıdı,düşüncələr şahıdır,Təbiətin xeyirləaçılan sabahıdır,Günahkar bəndələrinyuyulan günahıdır:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Cazibə qüvvəsitəkyeri göyə bağlayan,Elmi də, alimi dəheyrətində saxlayan,Zamanı ötüb-keçən,tarixi qabaqlayan —“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Həm şahiddi, həm şəhid,həm savaşdı, həm barış,Ona çatmaq yolundayarış gedir, bir yarış.Tövbə, mərhəmət, dua,müraciət, yalvarış:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
İmkanlardan ucadıimkanların sahibi,Məkanlardan ucadıməkanların sahibi.
Güclərin, qüvvətlərin,təkanların sahibiDünyaya sahman verənşəriət nizamıdır,Sonu Haqqa qovuşantəriqət nizamıdır.O, mərifət sirdaşı,həqiqət nizamıdır:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
İrfandı başdan-başa,əhli-irfan dostudur,Eşqin, nurun həmdəmi,ruh dostu, can dostudur,O, islam pərvanəsi,o, müsəlman dostudur:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Bir kəlmənin canındabu qədər qüdrət nədir, —Rəmzdi, tapşırıqdı,eyhamdı, işarədi,Bütün çarəsizlərindərdinə bir çarədir:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Gündüz qaynar həyatım,gecə yuxum da dedi,Varidatım, varlığım,varım, yoxum da dedi,Ona sevgim, rəğbətim,ondan qorxum da dedi,Ürək adlı yanar od,əriyən mum da dedi,Qüdrətdən varlığımadüşən toxum da dedi,İçimdəki səhra da,qapqara şum da dedi:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Düşüncədə, duyğuda,fikirdə gördüm onu,İbadətdə, səcdədə,zikrdə gördüm onu,Hər gün dilimdən çıxan“Şükürl”də gördüm onu:“La ilahə illəllah,Muhəmməd Rəsulullahf”
Toxumda, torpaqdadı,mayada, xislətdədi,Xaliqi-Sübhandadı,xalqdadı, xilqətdədi,Şübhədə, şeytanda yox,böyük həqiqətdədi:“La ilahə illəllah,Muhəmməd Rəsulullahl”
Dünyanın qəm yükünüüstümdən atar mənim,Ana laylası kimiruhuma yatar mənim,Hayanda dara düşsəm,dadıma çatar mənim“La ilahə illəllah,Muhəmməd Rəsulullahi”
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bir-kelmenin-qudreti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Həq əzəl meyxanəsindən verdi bu cami manaHəq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
Hər kim ki, müştaq olmadı şol dilbərin didarinəHər kim ki, müştaq olmadı şol dilbərin didarinə,Yetişmədi Musa kimi anəstünarın narinə.
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,