Təbriz
Bildi ki, Məcnunun pərvanəsiyəm,Məni dolandırdı başına Təbriz.Oğlunu ucada görmək istədi,Qaldırdı dağların qaşına Təbriz.
Bir ömür yaşadım yağ-baldan şirin,Bir həqiqət gördüm xəyaldan şirin.Dünyada nə varmış vüsaldan şirin,Qarışdı gözümün yaşına Təbriz.
Sevinci min dəfə qəmindən şirin,Qəmi söhbətindən, dəmindən şirin.Nə var bu şəhərin tamından şirin,Dost, qardaş, sevgili, aşina Təbriz.
Dərd üstə, saz üstə bir həyatı var,Dilini göynədən min bayatı var.Gördüm Şəhriyarın yeddi qatı var,Baxdım tarixinə, yaşına, Təbriz.
Göründü gözümə bir mələk kimi,Gördüm bütövləşən gələcək kimi.Yağdım yağış kimi, gül-çiçək kimi,Hopdum torpağına, daşına, Təbriz.
Təbriz, 2009, 7 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tebriz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sallana-sallana üstümə vardı,Sataşdı gözümə xalı gürcünün.
Dəli könül, səndə nələr dolanırDəli könül, səndə nələr dolanır,Biri qışdı, biri payız, biri yaz.
Fəxr elə yar ki, barını çəkirəmÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.