Mat qaldım, şahımın kəsildi yolu,Evim yasa batdı, xanam ağladı.Dediyim arzuya çata bilmədim,Gözləri yolçəkən sonam ağladı.

Bəxtimə bənzətdi nənəm sacını,Göynətdi bu kəlmə qardaş-bacını.Duyanda çəkdiyim ağrı-acını,Atam hirsləndi, anam ağladı.

Qarlı qışa döndü gözümdə aləm,Sandım, təkcə mənəm qismətində kəm.Yaxşıca taladı Zəlimxanı qəm,Şair gözlərində inam ağladı.

1973, 3 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе