Oldu
Aşıq Şəmşirin “Şərəf nişanı” ordeniilə təltif olunması münasibəti ilə.
Şəmşir əmi, şad xəbəri eşitdim,Körpə qəlbim fərəhləndi, dağ oldu.Yer də, göy də al geyindi gözümdə,Güldü eşqim, gül-çiçəkli bağ oldu.
Cavanlaşdın şehə, suya batanda,Qanadlandın arzulara çatanda.Sən Vurğunun ürəyinə yatanda,Vurğun sənə bir arxalı dağ oldu.
Çəkən oldun şeirin, sözün nazını,Qarşıladın baharını, yazını.Sən götürdün Ələsgərin sazını,İstədiyin dövran oldu, çağ oldu.
El səndədi, usta, sən də eldəsən,Şeirindədi çiçək desən, gül desən.Şeirə döndün dodaqda sən, dildə sən,Xalq içində hər gün üzün ağ oldu.
1973, 15 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-oldu-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,
Bir ürəkdə dörd fəsilHər gecə danışır radio havadan:"Sabah az buludlu, biri gün yağış...
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün