Ey duman fikirlər, ey dəvə dərdlər,Bu şirin qəmlərin əvəzi yoxdur.Qəfəsə salsa da dünya şairi,Fikrin, düşüncənin qəfəsi yoxdur.

Ayağında çarıq, əlində əsa,Gəlir insan oğlu yol basa-basa.Kimi qəm sızladıb, yas ağlatmasa,Quru bir cəsəddi, nəfəsi yoxdur.

Durmaq artıq şeydi, duruşa dəyməz,Ölümlə, həyatla vuruşa dəyməz.Beş qara qəpiyə, quruşa dəyməz,Kimin dərd adlanan dəvəsi yoxsa.

2006, 9 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов