Aşıq Şəmşirə

Bir bağın var, bayatılı, qoşmalı,Xəzan görməz, talan olmaz, ay ustad.Götürəndə Ələsgərin sazını,Çaldığıntək çalan olmaz, ay ustad.

Zaman saldı əllərindən camını,Çox söndürdü aşiqlərin şamını.Dövranından, dünyasından kamını,Sənin kimi alan olmaz, ay ustad.

Sənətkara səksən nədir, azdır, az,Görməlidir neçə bahar, neçə yaz.Mən desəm ki, Aşıq Şəmşir qocalmaz,Doğru sözüm yalan olmaz, ay ustad.

1973, 20 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов