İnsanın ürəyi gözəl olanda
Qış yaza çevrilir, qar çiçək açır,İnsanın ürəyi gözəl olanda.Dünya gözəlləşir başdan-ayağa,İnsanın ürəyi gözəl olanda.
Dəli küləkləri mehə döndərir,Buludu gül üstə şehə döndərir,Qulu da qaldırıb şaha döndərir,İnsanın ürəyi gözəl olanda.
Kasıb yuvanı da gözəlləşdirər,Çirkli havanı da gözəlləşdirər,Vəhşi heyvanı da gözəlləşdirər,İnsanın ürəyi gözəl olanda.
Səhrada gül əkir, orman düzəldir,Dən səpir, dən biçir, xırman düzəldir.Dərdlərə min cürə dərman düzəldir,İnsanın ürəyi gözəl olanda.
Sevgidən savayı bir dini yoxdu,Qanda bir nifrəti, bir kini yoxdu.Gözündə heç nəyin çirkini yoxdu,İnsanın ürəyi gözəl olanda.
İşıq da gözəldi, bulud da gözəl,Nəğmə də gözəldi, sükut da gözəl.Beşik də gözəldi, tabut da gözəl,İnsanın ürəyi gözəl olanda.2009, 25 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-insanin-ureyi-gozel-olanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Qəzəl: Təkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıqTəkəllüm eyləyib ləlin qaçan qılsa şəkərxalıq,Görən dir: xoş yaratmışdır dəhanında şəkərxalıq
Рубайят, 18افسوس که اطراف گلت خار گرفتزاغ آمد و لاله را به منقار گرفت