Qoy yatım, yuxudan qaldırma məni
Qışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!Bilim hansı gündü gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah.
Qoy yatım, yuxudan qaldırma məni,Əcəlin cəngindən saldırma məni,Zarıya-zarıya öldürmə məni,Öldürə bilirsən, saz öldür, Allah!
Acı gülüşlərin ürəyimdə xal,Dodağım qıfıllı, baxışlarım lal.Alırsan canımı birdəfəlik al,Bu qədər ağrıyla az öldür, Allah!
2004, 29 sentyabr Cenevrə
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qoy-yatim-yuxudan-qaldirma-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sizə hardan danışım, əzəl başdan binadan,Mübarək bir atadan, müqəddəs bir anadan.
Dolaşıq aşırımlarVüsala can atdım mən ömrüm boyu,Yapışdı yaxamdan hicranın əli.
Mükafatım - azadlığımDüşünürəm varlığı, düşünürəm həyatı,Nədir əlli yaşımın ən böyük mükafatı?
Mən də Yaradanın bir aşığıyamDünən körpəsiydim Kəpənəkçinin,Atayam, babayam, əmiyəm indi.
Стихи других поэтов · О смерти
Əsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!
ArasındaSurətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,