İtaliyanın Assizi şəhərində bir evə iki qapı qoyulur.Qapının biri, hər bir evdə olduğu kimi, giriş-çıxışqapısıdır. O biri qapını isə ancaq evdə adam öləndəaçırlar və ev yiyəsinin cənazəsini həmin qapıdançıxarırlar.Anar müəllimin dediklərindən

Burda belə qurulur,belə yapılır yapı,Bir mənzilə iki yol,bir evə iki qapı.Biri qurub-yaratmaq,coşub-çağlamaq üçün,Biri vida çağındayanıb ağlamaq üçün.Durub dayanmağı yox,biri hər gün işdədir,Hey açılar, örtülər,əbədi gərdişdədir.Biri ölü sükutda,Qaş-qabağı buludda,meyli qəmdə, yasdadı,Biri Ayla, ulduzla,Günəşlə təmasdadı.Birindən gülüş axıriçəriyə, bayıra,O biri fürsət gəzirsəni səndən ayıra.İti bir xəncər kimi,biri qəlbə saplanır,Biri nura, işığa,həyata hesablanır.Birində toy çalınar,gəlin gələr içəri,Biri bizə pıçıldar:“köçərisən, köçəri”.Biri ömrün baharı,biri ömrün şaxtası,Biri beşik laylası,biri tabut taxtası.Biri qəmə, həsrətə,dərdə, yasa açılır,Biri eşqə, sevgiyə,ehtirasa açılır.Baş əyməmək olarmıbu bölgüyə, bölümə? –Biri həyata açıq,biri qara ölümə.

2004, 7 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов