Ürək kökü, səs qanadı, el gücü,Zərif sözdü, kövrək sözdü, incə söz.Bal dillərdə qaymaqlanar, ballanar,Lal dillərdə qısılandı küncə söz.

Ovu quşun qanadından saldırar,Hökmü ilə çay dayanar, sal durar.Söz yıxanı Tanrı çətin qaldırar,Şillə sözdü, yumruq sözdü, pəncə söz.

Könül ovlar, qəlb ovsunlar, dil açar,Gülləkeçməz qayalara yol açar.Səpiləndə pardaqlanar, gül açar,Xam torpaqdı qoyulanda dincə söz.

İlahidən gələn nurdu, şüadı,Tanrıların dilindəki duadı.Şəhər-şəhər yaratmışıq bu adı,Təbriz sözdü, Dərbənd sözdü, Gəncə söz.

Onsuz ömrün nə balı var, nə şanı,O qaynadır qaynayanı, daşanı.Söz Allahın yer üzündə nişanı,Allah özü, məncə, sözdü, məncə, söz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви