O, mənim xalqımın şah vüqarıdı!
Öyündüm adıyla,istedadıyla,Uçdum üfüqlərdəqol-qanadıyla.Duruşu sədd oldu,sinəsi sipər,Gözündən od aldım,sözündən təpər.Zamanın qədəmisayalı oldu,Əsrimin ilinə,ayına düşdü.O, mənim ömrümünxoşbəxtliyinə,O, mənim baxtımınpayına düşdü.Hər dəfə əlləriqalxıb-enəndəQəlbim də o əlləqalxıb-enirdi.Arzular güləndəbaxışlarındaToxum ümidlərimçiçəklənirdi.Onun gəlişiylədəyişdi dövran,Nə yaxşı bu xalqınbəxti yarıdı.Şöhrəti şahlardanuca dayandı,O, mənim xalqımınşah vüqarıdılYasımda qəmləndi,toyumda güldü,Gah toydan söz açdı,gah yasdan dedi.Hər ildə bir yenitarix yaratdı,Hər günün eşqinəbir dastan dedi.Endi tarixlərindərinliyinə,Qorquddan söz açdı,Manasdan dedi.Füzuli yenidəngəldi dünyaya,“Varam mən sizinləhər zaman”, — dedi.Yurduna qayıtdıCavid Sibirdən,“Sizdən ayrılmadımbircə an”, — dedi.Əsrin son sözünüəsrin sonundaHeydər ucalıqdabir azman dedi.O, xalqı qaldırdışahlıq taxtına,Xalq ona “əbədiqəhrəman”, — dedi.Vətən vətəndaşlakamala çatır,Sevilən çiçəkdi,sevən arıdı.O, mənim xalqımınbaş ucalığı,O, mənim xalqımınşah vüqarıdılZirvələr qoynundameydanlar verir,Ucaldır qartalı,şahini zaman.Hər dəfə dünyayadahi gələndəSilir ürəklərdənahını zaman.Yüz ildə bir dəfəgələ-gəlməyə,Hər gün yetişdirmirdahini zaman.Nə yağış qorxudar,nə tufan, nə qar,Göydə günəş kimidoğulanlarılDünyaya Allahınözü göndərir,Nur olub hər yanadağılanları.Mənim qəhrəmanımtək dünənin yox,Gələcək uğurlusabahlarındı.Adı naqislərin,naşıların yox,Dünyanın sirrindənagahlarındı.Onun insan eşqiyer, göy, kainat,Onun Vətən eşqizirvə qarıdı.O, mənim himnimingurlayan səsi,O, mənim xalqımınşah vüqarıdılYolçu Haqq yolçusu,yol Allah yolu,Bu yol bir uğurludərgaha gedir.Əvvəli sevəninürəyindədir,Sonu gələcəyə,sabaha gedir.Ürəkdən od alırböyük sevgilər,Bəndədən başlanır,Allaha gedir.Tanrıya qovuşurhaqq yol tutanlar,Bu yolu çaşanlargünaha gedir.Böyük işlər üçünyarananlarınÜzü zaman-zamanHaqqa sarıdı.Qoymadı haqqımıztapdalanmağa,O, mənim xalqımınşah vüqarıdıl
Adı çəkiləndəelə bilirəmYerin qismətidi,göyün baxtıdı.O, mənim ruhumunişıq qaynağı,O, mənim könlümünnur paytaxtıdı.Ona nə dedimsə,ürəkdən dedim,Ondan nə yazdımsa,ürəklə yazdım.Çəkildim min ilinqədimliyinə,Neçə şam əritdim,lələklə yazdım.Tək yaza bilməzdimbu dastanı mən,Gecə də, gündüz dəmənə “yazl” deyənCəbrayıl adındamələklə yazdım.Qələm götürmədimadi həvəslə,Ən şirin arzuyla,diləklə yazdım.Əlinin istisiəllərimdədi,Gözünün işığıgözümdə qalıb.Şah fikri, şah sözü,şah deyimləriƏn şirin, ən güclüsözümdə qalıb.Ruhunu, adını,xatirəsiniQəlbimdə əzizdənəziz saxladım.Qoymadım bu eşqələkə düşməyə,Zirvə qarı kimitəmiz saxladım.Məni əbədilikona bağlayanİşıqlı aləmitutdu qolumdan.
Hər görüş çevrildibir kitab oldu,Dəftəri, qələmitutdu qolumdan.Bir dadlı meyvə dəmənəm bağında,Vətən bağçasıdı,millət barıdı.O, mənim xalqımınxaqan zirvəsi,O, mənim xalqımınşah vüqarıdıl
Milləti millətdi,dövləti dövlət,Tarixi tarixdi,şöhrəti şöhrət.Baxışı dan yeri,ürəyi ocaq,Torpağı torpaqdı,bayrağı bayraq.Obanın, oymağın,elin oğludu,Yağışın, buludun,selin oğludu.Bir məslək, əqidə,bir din oğludu,Başı buludlarda,kökü dərində,Azərbaycan adlıyurdun oğludu.Bağın bağbanıdı,ağacın barı,Min ilə bəs edəryaratdıqları.
Yeraltı, yerüstüxəzinələrtəkYerin sərvətidi,yurdun varıdı.O, mənim xalqımıntükənməzliyi,O, mənim xalqımınşah vüqarıdıl
Gedəni qaytaran,itəni tapan,Yoxu var eyləyibyoğuran, yapan,Xaraba üstündəabadlıq quran,Yumruğu havanınbağrını yaran,Dara düşənləridardan qurtaran,Çiynini dağlarınaltına verən,Dəli tufanlaraköksünü gərən,Bəndənin Allahayetişən əli,Siyasət elmininməğrur heykəli,Dözümün timsalı,səbrin qayası,İnamın özülü,gücün mayası,Dövlətin dayağı,elin dirəyi,Zamanın dühası,əsrin ürəyi,Yaddaşın sultanı,sözün zərgəri,Fikrin, düşüncəninsolmayan zəri,Sınan ürəklərinsökülən danı,Dövranın ən böyükqan yatırdanı,Barışın ustadı,sülhün memarı,Adın ucalığı,şöhrətin barı,Hünər kitabıdı,dövlət yarıdı,Ən uca zirvədiminilliklərə,O, mənim xalqımınşah vüqarıdı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-o-menim-xalqimin-sah-vuqaridi
Клавиши ← → для перехода, R — случайное стихотворение