Onun bayraq sevgisi
Götürdü mayasınıananın laylasından,Düzlərin zəmisindən,dağların yaylasından.Ürəyində qaynadıən xoş duyğular kimi,Qovuşmaqçün çaylaraaxdı gur sular kimi.Eniş-yoxuş görsə də,nə susdu, nə yoruldu,Durulduqca duruldu,vurulduqca vuruldu.Saf arzularla gəldiduruluğa, saflığa,Bulanmadı, qovuşduəbədi şəffaflığa,Bulaqlardan güc aldıonun bulaq sevgisil
Öz əliylə ömrünüəkdi qara şum kimi,Kök atdı dərinlərəsağlam bir toxum kimi.Çəkdi ciyərlərinəgöylərin yağışını,Yığdı baxışlarınatorpağın naxışını.Meşədə palıd oldu,dağda möhtəşəm qaya,Sığmadı bu cahana,sığışmadı dünyaya.Xırmanda bar-bərəkət,dəyirmanda dən oldu,Vətəndən deyə-deyəböyüdü Vətən oldu.O, nəyi sevirdisə,varlığıyla sevirdi,Bütün Azərbaycanıand yerinə çevirdi,Can verdi torpaqlaraonun torpaq sevgisil
Alışdırdı təzədənsönüb gedən şamları,Aydınlığa çıxartdıqaranlıq axşamları.Əritdi ürəklərinşaxtasını, buzunu,Yandırdı baxışlarınAyını, ulduzunu.Qızdı üşüyən əllər,qızdı donmuş ayaqlar,Göz vurdu bir-birinəsevincindən çıraqlar.Həyat gəldi yenidənocaqlara, közlərə,Verdi öz işığınıkönüllərə, gözlərə,Gücü Günəşdən aldıonun ocaq sevgisil
Dövlətin başı üstədoğan Günəş deməkdi,Şəhidlərin qəlbindəyanan atəş deməkdi,Üfüqlərin qoynundaalışan zər deməkdi,Namus, qeyrət, şan-şöhrət,sevinc, zəfər deməkdi.Göylərin cilvələnənəlvan rəngi deməkdi,Çırpınan könüllərinxoş ahəngi deməkdi,Məğlub olmaq bilməyənbir qətiyyət deməkdi,Müqəddəs arzu, dilək,təmiz niyyət deməkdi,Cəsur əsgər, yorulmazqalib ordu deməkdi,Qoşunun sərkərdəsi,elin mərdi deməkdi,Hədəfini düz vuransərrast silah deməkdi.
Nur içində parlayanaydın sabah deməkdi,Hamıdan “canl” eşidib,hamıya “canl” deməkdi,Öz haqqına qovuşanAzərbaycan deməkdi.Səsini eşidəndəqəlbimiz dağa döndü,Bayraqdan deyə-deyəbu gün bayrağa döndü,Onun bulaq sevgisilOnun ocaq sevgisilOnun torpaq sevgisilOnun bayraq sevgisil
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-onun-bayraq-sevgisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).
İşıqlan Kəbənin nurunda, könlümBu da bir fürsətdi,baxtına düşüb,
Peyğəmbərin hüznü(Bu, nübüvvətin 10-cu ilində baş verdi)“Ey dağl Mənim başıma gələn şey sənin başına gəlsəydi,
Bir kəlmənin qüdrəti“La ilahə illəllah,Muhəmməd Rəsulullah”
Стихи других поэтов
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylərKönül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Bu, axir qövlə vermək şəh adilə zibü zinətdürTubilik, ey bəridi-məqsud,Saldun əlinə kilidi-məqsud.
Приписываемое стихотворение 1ما نطق خدای کایناتیمبیرون ز مکان و از جهاتیم