Davam edir bu tarix
Davam edir bu ömür,davam edir bu həyat,Fikirdə, düşüncədə,təfəkkürdə, ağılda,Davam edir bu ömürBakıdan CeyhanadəkÜç dənizlə birləşənəfsanədə, nağılda.Davam edir bu ömürHeydər adlı atanınbu millətə verdiyiİlham adı daşıyanİlham adlı oğuldalArzu eləmək asan,arzuya çatmaq çətin,Dövləti qurmaq asan,onu yaşatmaq çətiniYox, çətin olmayacaqbu dövləti yaşatmaq,Çünki onun başındailhamlı rəhbər dururlÇünki onun yanındamillət səfərbər dururlGetməlidi bu yolumillət onunla birgə,Qarşıda mübarizə,qarşıda zəfər dururlSinələrə sığışmır,duyğular çalır qanad,Davam edir bu ömür,davam edir bu həyat —Min-min çətin sualadüz tapılan cavabda,Məktəbdə, mədrəsədə,müəllimdə, kitabda.Uca bir dağ kəndininƏn ucqar nöqtəsindəaçılan məktəbə baxlGəl bu açılış günüBayram təntənəsindəadətə bax, dəbə baxlKəsilən qurbana bax,yaxılan xınaya baxlGözləri gülən qıza,sevinən anaya baxlBu gün mənim xalqımınDərs kimi öyrənilən,dərslik kimi oxunanUlu öndər adındadərsliyi, kitabı var.Bu gün bu məmləkətdəməktəb inqilabı varlBu gün öz yerindədirməmləkətin rəhbəri,İnam ilə açılırhər açılan səhəri.Uğurlu fərmanlaraimza atır, qol çəkir,İllərlə yol görməyənZirvələrin qoynunacığır açır, yol çəkir.Yollar ən saf arzudan,ən saf diləkdən keçir,Təkcə dərə-təpədənkeçib-getmir bu yollar,Min-min gözdən od alır,min-min ürəkdən keçir.
İstedaddan, bilikdən,ağıldan, yaşdan keçir,Uçrumdan, sıldırımdan,qayadan, daşdan keçir.Yarğanlar basa-basa,uçrumlar yara-yara,Böyük ömrün davamıböyük savaşdan keçir.Bu yol ata yoludu,oğul çatdırır başa,Baxmağa dörd göz gərək,tamaşadır, tamaşalBaxmır yolları kəsəndoludumu, qardımı,Uçrumları qorxulu,keçidləri dardımı?Zirvəyə yol çəkilir,Sevincindən gözəllərxına yaxır əlinə.Muştuluq, xeyir-xəbərnabat kimi paylanırhər qıza, hər gəlinəlYol yarı yolda qalmır,Gedir sonuncu evə,sonuncu kəndə qədər.Yaradanın özü dəBu müqəddəs işlərəsevinir bəndə qədər.Allahın böyük adıYaradandı, Yaradan,Sən ürəklə girişsən,O, hər bir çətinliyiqaldıracaq aradanlMin illər yadigarıbizim qoca BakımızRuhumuz, düşüncəmiz,ağlımız, idrakımız.Dincəlmək nədi bilmir,hey vuruşur, əlləşir,Daş-daş qalxan evlərintozu da gözəlləşirlSevənlər bir-birinəgüc verir, ilham verir,Heykəllər şəhərindəNizami Füzuliyə,Nəsimi Cabbarlıya,Mirzə Cəlil Vurğunaürəkdən salam verir.Bu salınan körpülərTəkcə abadlıq deyil,Təkcə rahatlıq deyil,Təkcə ötəri sevinc,keçəri şadlıq deyil.Qadir insan əliyləTarixin yaddaşınavurulan bir möhürdü.İlahi bir gözəllik,Tanrısal bir sehrdi.Sabahın əllərindəntutan əldi körpülər,Daş muzey, daş abidə,daş heykəldi körpülər.Halal əl qabarıdı,Zəhmətkeş alnındakıqızıl tərdi körpülər.Bakı adlı gözəlinBelini qucaqlayanbir kəmərdi körpülər.Körpüdən aylar keçər,körpüdən illər keçər,Gələn nəsillər keçər,gedən nəsillər keçər.Hər körpüdən keçəndəDaha da işıqlanarQəlbimizin işığı,gözümüzün şüası.Güclənən, gözəlləşənuca bir məmləkətiSağ-salamat saxlayarxalqın xeyir-duası.Ey mənim əsrdaşımlMəsləkdaşım, sirdaşım)Keç inam körpüsündənlKeç Heydər körpüsündənlKeç İlham körpüsündənlKeç bu yurda məhəbbət,Ehtiram körpüsündən!Oğluna nişan apar,qız balana nişan taxlYurduna, torpağınadoğma bir nəzərlə baxlDostların ad gününədəstə-dəstə gül apar,Gül ətrinə bələnmişnurlu bir könül aparlDaş körpü də sənindi,uca məğrur saray da,Sarayın içindəkiO bayraqdan boylanandoğma ulduz da, Ay dalYol sənin, cığır sənin,İş sənin, uğur sənin,Sevinən körpələrinÜzündəki təbəssüm,gözündəki nur səninlEy mənim əsrdaşımlBakıya su çəkilirdağların ürəyindən,Su dad alır torpağıngülündən, çiçəyindən.Şəhərə su çəkilir,şəhərə saflıq gəlir,Hər ömrə, hər ocağaduru şəffaflıq gəlir.Su duruluq, təmizlik,su aydınlıq, su həyatlHər elə qismət olmurbu gözəllik, bu həyatlSu şəhər qucağındayaşıl meşə deməkdi,Yollar kənarındakıyaşıl ağac deməkdi.Çəmən sinəsindəkiəriş-arğac deməkdi,Dumduru səs deməkdi,təzə nəfəs deməkdilQızıl qumlar üstündəqızılgüllər əkdirən,Bakıya su çəkdirənYüz il bizdən əvvəlinqəhrəmanı Hacıydı,Onun xeyirxahlığıZamanın şan-şöhrəti,elin ehtiyacıydı.Həmin xeyirxahlığıBu gün bu məmləkətdəcavan bir rəhbər görürlBir ağıldan güc alanSevgi çeşmələrininQazancını, xeyrinikənd görür, şəhər görürlKimdi qıraqda duranbu hünər yarışında,Rəhbər xalqa güvənir,O, hamını bu işdəhazır, səfərbər görürlSu da, yol da, körpü də,məktəb də həyatımız,Bax, beləcə yaradırƏsrin əfsanəsini,əsrin möcüzəsiniBizim hər saniyəmiz,bizim hər saatımız.İlhamlı çağlarınıyaşayır bu gün Vətən,Xalqın da, rəhbərin dəqəlbi yanan şam olur.Rəhbər rəhbər olandaMillət də sağlam olur,dövlət də sağlam olurlKüləklərə yem olubsəpələnmir, dağılmır,Torpaqdan su içəndəşöhrət də sağlam olur.Güvənəcək millətinən qeyrətli oğlunaBu müqəddəs torpağınhər dağı, hər zirvəsi.Azərbaycan naminəqoruyacaq İlhamıÖmrün Heydər qalası,ömrün Heydər zirvəsil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-davam-edir-bu-tarix
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yer üzündə pusqudadır min silah,Hər gün artır milyonların təlaşı.
Гульшан-и раз, глава 8اگر خواهی که بینی چشمهٔ خوُرتو را حاجت فتد با جرمِ دیگر
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.