Sual – cavab
– Bu çay niyə nərə çəkir?– Arxasında qarlı dağ var!
– Bülbül niyə cəh-cəh vurur?– Xidmətində güllü bağ var!
– Çəmən niyə naz eyləyir?– Sinəsində gur bulaq var!
– Arı niyə bal gətirir?– Öpüşdüyü gül dodaq var!
– Könül niyə kökdən düşmür?– Tapındığı bir ocaq var!
– Şair niyə havalanır?– Güvəndiyi bu torpaq var!
2002, 14 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sual-cavab-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məni öldürən həyat, nifrət edirəm sənə,Məni yaşadan ölüm, hardasan, tez gəlsənə!
DərdƏzdikcə əzdi-tökdü, çeynədikcə çeynədi,Günümüzə bax, Allah, gör dərd bizə neylədi!
AğacQol-budaqlı ağacam, yuvalarla doluyam,“Kəsilmiş tut dalıyam”, havalarla doluyam!
Qış və yazÖz ömrünə yas tutur qar əriyə-əriyə,Yaz meydana girəndə qış çəkilir geriyə!
Стихи других поэтов · О природе
Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getməXöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!
Zülfün kimi qaraldı könül dudi-ah iləZülfün kimi qaraldı könül dudi-ah ilə,Eşqində iddia edərəm bu güvah ilə.
Neyləyim, ey dil kiNeyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.