Şeirin, sözün rəsminisən öz əllərinlə çək,Uca dur, yüksəkdə qal,tanrının varlığıtək.Qoy səni qorxutmasınnə fırtına, nə şimşək,Sellərin qabağınıkəsə bilməz kör-kötük,Allahın altı geniş,zamanın səbri böyük.

Hər gün qarşılaşmışıqmərd ilə, namərd ilə,Yumşaqla yumşalmışıq,. sərt olmuşuq sərt ilə.İnsanıq, doğulmuşuqsevinc ilə, dərd ilə,Çəkib aparmalıyıqağır olsa da bu yük,Allahın altı geniş,zamanın səbri böyük.

Nə təntiyib tələsməz,nə gecikib ləngiməz,Sərt yoxuşlar çıxandagur nəfəsi təngiməz.Əbədiyyət yolçusudaim yanar, səngiməz,Xırdalar, xırdalıqlarod ağzında yanan tük,Allahın altı geniş,zamanın səbri böyük.2006, 6 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви