Nəğmə deyib ötən quşlar,Canım qurban bəstənizə.Cəh-cəh vurun, qoy yayılsınSəs bu dağa, səs dənizə.

Titrədi qəlbimin səsi,Dindirdi yeddi iqlimi.Eşqinizi duyan kimi,Döndüm sizin xəstənizə.

Dərdə-qəmə bürünmüşəm,Tutqun, qəmli görünmüşəm.Heç vaxt yerdə sürünmərəm,Qoşulmuşam dəstənizə.

2006, oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов