Səni bir şair sevir,Varmı xəbərin, gözəl?Sözü səndəndir, ancaq,Bütün şəhərin, gözəl.

Səni bir şair sevir,Ucaboy, enlikürək.Başdan-başa məhəbbət,Özü boyda bir ürək.

Səni bir şair sevir,Zəriflərin zərifi.Ona tərif nə gərək,Allahdandı tərifi.

Səni bir şair sevir,Eşqinin ozanıdı.Bircə soyuq baxışın,Ömrünün xəzanıdı.

Səni bir şair sevir,Ona çəkdirmə ahı.Sevməkdi Peyğəmbəri,Sevilməkdi Allahı!

2000, 10 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви