Yaş ağırlıq gətirir,yaş fağırlıq gətirir.Lal durğunluq gətirir,küt yorğunluq gətirir.Göz baxmaqdan yorulur,əl tutmaqdan yorulur.Ürək duyduqlarınıunutmaqdan yorulur.Allah bəndədən bezir,bəndə haqdan yorulur.Canda nə var əriyir,qanda nə var çürüyür –Dözümə, səbrə qədər.Yorulmaq yoldaşımızbeşikdən qəbrə qədər.Ömür belə paylanırağrılara, dincliyə.Ömür belə paylanırqocalığa, gəncliyə.Dünya belə dünyadı:Körpəninki ağlamaq,uşağınkı dəcəllik.Yorğunluğun gəldisəqocalığın yetişib.Qalan nə var ölümlük,qalan nə var əcəllik!

Trabzon, 2009, iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти