Yenə fikrim məğlub olmuş qoşundu,Nizamı yox, cərgəsi yox, səfi yox.Bulanmışam boz-bulanlıq sulartək,Duyğuların durusu yox, safı yox.

Günlərimi bir-bir düzdü qurşuna,Sinəm gəldi güllələrin tuşuna.Ömür getdi, vaxt fırlandı boşuna,Qazancı yox, faydası yox, nəfi yox.

Köçən köçdü, nə ana var, nə ata,Vida dedi baldan şirin həyata.Yatanların ayılmağı getdi ta,Qəbristanın toyçusu yox, dəfi yox.

Dəryaların dərya boyda dərdi var,Səhraların səhra boyda dərdi var,Bu dünyanın dünya boyda dərdi var,Kefi yoxdu, kefi yoxdu, kefi yox.

2003, 27 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов