Arasında
Göz gözdən od alar, ürək ürəkdən,Barmaqlar qızınar əl arasında.Arı nemətini bala döndərib,Tapar həyatını gül arasında.
Söhbəti haqlayar ağaran danı,Aşığın saz ilə qaynayar qanı.Ölməz havalara tapşırıb canı,Təzənə əriyər tel arasında.
Tərpənsə qəlbimin incə bir simi,Uzadar ömrümü nəğmələr kimi.Ana, tez ölsəm də çəkmə dərdimi,Əgər səsim qalsa el arasında.
1975, 17 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Mö’minlərəQibləgahım, dinpənahım, bəxtəvər mö’minlərə,Hərzə, hədyan söylərəm hər ləhzə xor mö’minlərə.
Bir qəzet parçasına bükülübdür naharımBir qəzet parçasına bükülübdür naharım,Çörək, arasında yağ...
FərdDedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər