Ömür istəmə
Olub-keçənləri gətirmə yada,Qəlbini buz kimi saxla deyirsən.Dövran sür, doyunca yaşa dünyada,Yüzü, yüz əllini haqla deyirsən.
Eşqimiz alovlu, ömrümüz qısa,Mən necə saxlayım qəlbi buz kimi.Nəyimə gərəkdi işıq yaymasa,Qaranlıq gecəyə bir ulduz kimi.
Min insan ömrünü yola salır daş,Nəyə nəfəs verir, nəyə can verir.Bir ürək qaynayıb coşanda, qardaş,Min qəlbə ruh verir, həyəcan verir.
Qoy yansın köz kimi duyğular üstə,Qəlbi daş istəmə, dəmir istəmə.Bir günlük mənalı yaşamaq istə,Yüz günlük mənasız ömür istəmə.
1975, 19 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-omur-isteme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
آبِ حیوان بکُشَد نیز، چو از سر گذرد
Bayram saxlayanlaraYenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.