Şair unutmursa
Məhəbbətsiz yer üzündə tanrı heç nə yaratmadı,Bulaqların zümzüməsi, dənizlərin ləngəri var.
Hər gülüstan çiçəklərin həyat eşqi, görüş yeri,Hansını istəsən qoxla, min cür ətri-ənbəri var.
Məğlubolmaz igidlərə güc torpaqdan bağışlanar,Qaya döşü, dağ arxası, yurd adlanan səngəri var.
Yerdə olan sevgiləri göylərə çatdırmaq üçün,Hər zamanın öz Bilalı1, öz məscidi, minbəri var.
Şair əgər unutmursa haqqın ona verdiyini,Demək, başının üstündə Allahı, peyğəmbəri var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sair-unutmursa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
İki sevgiGözəl qız, sən saf susan,İki qəlb arzususan.
YarAşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,