Babalar
Dərd əzə bilmədi şah vüqarını,Əzdi qəzəbiylə dərdi babalar.Namərdə tuşladı güllələrini,Sevdi, əzizlədi mərdi babalar.Bir el qulaq asdı bir ağsaqqala,Dar günə köksünü gərdi babalar.“Tökdüyü yaşlara şeh dedi, getdi”,Ömrünü torpağa verdi babalar.Gözünün yaşına şeh deyənə bax,Yamanda yaxşını gördü babalar.Ot kökü üstündə bitər, demişlər,Ərdən törəmişdi, ərdi babalar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-babalar-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
O bir gənc kolxozçudur, Ukrayna torpağından,Hələ məhsul dərməmiş ömrün bahar bağından.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Xan sarayıQafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!