Qalaaltıda müalicədə idim. Saatlı rayonundangəl miş 80 yaşlı Ağamirzə kişi ilə tanış olub doğma -laşdıq. Sinəsi incilər xəzinəsiydi. Heyranlığımı görübməndən yadigar bir şeir istədi. Bu misralar onun eşqi -nə dünyaya gəldi.

Tanış olduq Qalaaltıda,Bu da bir qismətdi, babam!Fikir verdim söhbətinə,Gördüm ki, hikmətdi babam!

Aydın zəka, ağıllı baş,Qoymaz insan qala çaşbaş.Dolu sinə, iti yaddaş,Xalqa bir sərvətdi babam!

Dilində şeirin təzəsi,Canında eşqin məzəsi.Adamların baməzəsi,Məclisə zinətdi babam!

Daşa-daşa, dola-dola,Səksən ili saldın yola.Yüzə doğru uğur ola,Ömür səyahətdi, babam!

Yaxşı dur, yaxşı yar saxla,Dağsan, başında qar saxla,Şairdən yadigar saxla,Şeir bir nemətdi, babam!

Səninkiyəm, sənəm daha,Sünbülündə dənəm daha,Bir oğlun da mənəm daha,Bu sənə şöhrətdi, babam!

Haqq yerini seçən zaman,Yurddan-yurda köçən zaman,Qıl körpüdən keçən zaman,Məkanın cənnətdi, babam!

Hopdun qəlbə, yatdın qana,Layla kimi axdın qana.Baba oldun Zəlimxana,Böyük cəsarətdi, babam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов