Bacarmadı
Mənim dilim qurusun, mən tikana gül dedim,Duyğusuz, həyəcansız daş qəlbə könül dedim.Daş tikanın içində ürəyimə gül dedim,Çox əlləşdim, ürəyim gülməyi bacarmadı!
Sığal çəkmək istədim, əllərimi qanatdı,Gördüm sevgim, sevincim bir qırılmış qanaddı.Həyatımdan daha çox ölümümə can atdı,Gözlərimin yaşını silməyi bacarmadı!
Ömrün-günün yolunda dönməz idim, ər idim,Yoxuşlar sınağında muma döndüm, əridim.Görmək üçün yüz addım bəxtə sarı yeridim,Bir addım mənə sarı gəlməyi bacarmadı!
Kaman oldum əyildim, yaya döndüm gərildim,Sinəmi tapdaq edib qədəminə sərildim.Bir xoş sözündən ötrü min yol öldüm, dirildim,Bir dəfə məndən ötrü ölməyi bacarmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bacarmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt olar, zəhmətin zay olar, heç olar,Vaxt olar, qurbanın xınalı qoç olar.
Əhməd CavadƏhməd Cavad hardan alıb bu şöhrəti,Nə şah olub, nə bəy olub, nə xan olub.
Qocasan deməSevgilim, anama qocasan demə,Gəl, onun eşqinə, gəl, işinə bax!
Ay bulaqAy bulaq, mən sənə dayaz demərəm,Səndə damlanın da dərinliyi var.
Стихи других поэтов · О смерти
هان ای پسر مخور غم از این بیشتر همی
OlubdurBu dünya mülkündə, qədim zamanda,Neçə-neçə nahaq qanlar olubdur.
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
قومی که رَه به عالَمِ تحقیق میبَرندمشکل به تُرَّهاتِ جهان، سر برآورند