Ay bulaq, mən sənə dayaz demərəm,Səndə damlanın da dərinliyi var.Dadsız da demərəm, nurlu gözündəÜlvi bir məhəbbət şirinliyi var!

Əyilim, hörmətlə öpüm gözündən,Mənə saflıq da ver, dərinlik də ver.Belə ki, qaynarsan, qaynat könlümü,Belə ki, sərinsən, sərinlik də ver.

Müqəddəs arzumdu sevmək, sevilmək,Demirəm ya dəniz, ya da dağ olum.Nemətdi duruluq, saflıq, təmizlik,Bəsimdi, sənintək bir bulaq olum!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов