Ocaq
Harda od görəndə, ocaq görəndə,Odlu könülləri salıram yada.Əməli nur verib şəhərə, kəndə,Yananlar yaşayıb yalnız dünyada.
Adını hörmətlə gətirib yada,Ocağı həmişə öyüb babalar.Suyu diş göynədən bulaqlara da“Şəfa ocağıdır” deyib babalar!
Burda soyumaq nə, qaralmaq nədir,Sönməz bu torpağın gur ocaqları.Yaxşı kişilərin ürəyindədir,Şəfa qaynaqları, nur ocaqları!
Seçdi vədəsində əyrini, düzü,Odlu nəfəsini aləmə yaydı.Kimi yandırardı atəşi, közü,Sabir yana-yana yaratmasaydı!
Qəlbi zaman-zaman vurdu, döyündü.Sönmədi alovu müqəddəslərin.Öləndə qəbri də ocağa döndü,Ürəyi el üçün yanan kəslərin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ocaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qışından quşbaşı qar göndər mənə,Yazından bir çəmən var göndər mənə.
Bəzənin qızlar, bəzəninYenə toylar yaxınlaşır,Bəzənin qızlar, bəzənin.
DivaniMən deyirəm bu məclisdə könül şad olmaq üçün,Nahaq yerdən hiylə qurub, hay salan əyləşməsin.
Nə xeyriYaxına gəl, nəfəsinlə qızınım,Gen dolanıb, yan durmağın nə xeyri.
Стихи других поэтов
Ey əbrusi kaman, müjgani xədəngDurubsan qəsdimə yarağıla sən
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman:
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Düşər könlüm, əzizim, qanə sənsizDüşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.