Nə xeyri
Yaxına gəl, nəfəsinlə qızınım,Gen dolanıb, yan durmağın nə xeyri.Mən ətəkdə, sən dağların başında,Ulduzları andırmağın nə xeyri.
Bir yuvanın həsrətiylə quş olub,Birdən-birə bir sevdaya tuş olub?Od olanı, qar-boranlı qış olub,Buz yerinə dondurmağın nə xeyri.
Dilsiz qalan duyğularla dil tapım,İnci gəzim, gövhər tapım, ləl tapım.Gecə yandır, qaranlığa yol tapım,Şamı gündüz yandırmağın nə xeyri.
Qartalsanmı, zirvələrə qonasan,Qayasanmı, dağ döşündə donasan.Zalım, sən ki bir yaşılbaş sonasan,Kövrək qəlbi sındırmağın nə xeyri.
Yad əlləri büksə məni yüz ağa,Kar eyləməz ruhumdakı sazağa.Nəfəsim ol, getmə məndən uzağa,Nəfəs getsə, can durmağın nə xeyri.
Bir ömürdə bir həyat var, bir ölüm,Sirr sevilmək, sirr yaşamaq, sirr ölüm.Heç olmasa gəl yuxuma gir, ölüm,Mən öləndə sən durmağın nə xeyri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ne-xeyri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Müsəlman qeyrətin çəkdin, gözətdin türkün namusun,Dağıtdın xavəri-islamdən küffar kabusun.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
دل غرقه انوار جمالی و جلالی استبر وی نظر از جانب دلبر متوالی است