Başımız qarışdı
Açdıq əllərimizləgöylərin qapısını,Gecə-gündüz fikrimizYaradana varışdı.Tək Tanrıya ucalıb,haqqa qovuşmaq üçünDilimizdə səslənənduadı, yalvarışdı.
Ürək olduq, ruh olduq,baş olduq, beyin olduq,İldırımdan sürətli,şimşəkdən yeyin olduq.Bir az kövrək, bir az sərt,bir az ərköyün olduq,Dünya ilə könlümüztez-tez küsdü, barışdı.
Tamahdan qorunmağasipərimiz olmadı,Allaha qovuşmağatəpərimiz olmadı.Ömür elə keçdi ki,xəbərimiz olmadı,Başımız zaman-zamanyaşamağa qarışdı.
2010, 20 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-basimiz-qarisdi
Клавиши ← → для перехода, R — случайное стихотворение