Beşik
Keçsə də fəsillər, ötsə də illər,Hələ çox köhnəlib əldən düşməyib.Sozalıb baxışlar, yorulub dillər,Onun söz-söhbəti dildən düşməyib.
Yatmışam bir zaman dar qucağında,Bağlanıb qollarım bələklə mənim.Ömrümün-günümün körpə çağındaOxşayıb ruhumu küləklə mənim.
Gün keçir, ərisin qəm də, qəhər də,Həsrəti bələklə boğulsun gərək.O beşik qalmasın durduğu yerdə,Yeni bir körpə də doğulsun gərək.
Qaynar ürəyində neçə arzu-kam,Gör nələr eyləyir həvəsi üçün.Mən yatan beşiyi saxlayır anam,Hələ yaranmamış nəvəsi üçün.
1974, 18 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-besik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən burdaydım dünya binnət olandan,Mən burdaydım dünya cənnət olandan.
Zəlimxan Yaqubun Qayadan eşitdiyi səsə cavabıQəm kotanı sinəm üstən arx açıb,Dərd içimdə şırım-şırım ağlayır.
Osmanlı sultanı Birinci Əbdülhəmidi Krımdan gələn qara xəbər öldürdüOsmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krıməldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Dəyişilən adların taleyiDilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində