Dilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içindəkəndin say-seçmə kişilərini gedər-gəlməzə göndərən, qocalı-qadınlı, uşaqlı kəndi qurşuna düzən İvan Qızıldaşda donuzsaxlamaq eşqinə düşür. Ancaq tərəddüd edir. "Donuz olsa belə,bu dərələrin içində donuz bəslənməz, donuzsuz torpaq kiməlazımdır!” Budur İvanın düşüncəsi, Bəli, özündən qabaq donuzugəldi düşmənin. Adımızı, dadımızı, ünvanımızı dəyişmək onlarüçün oyun-oyuncaq oldu.

Donuzları müqəddəs yer qoymadı,Türk adını elədilər rus adı,Qarı düşmən qan içməklə doymadı.Ruhuna da, dilinə də susadı,Dağda-daşda qoy adınız olmasın,Şəcərəniz, soyadınız olmasın.Qoca tarix qol gücünə zorlandı,Yaddaşı da zədələndi, korlandı.İzimizi, kökümüzü qazıdı,İndi burda kitab başqa kitabdı,İndi burda yazı başqa yazıdı.Ayı dağın indi adı başqadı,Yan-yörəsi, qol-qanadı başqadı.Qarışdırıb doğmasını, yadını,Bilən yoxdu Qızıldaşın adını.Mən də gördüm, göz yaşına bələndim,Ağlayan dağ görən niyə ağlayır,Krım türkü, o dağ sənə boylanır.Sənsiz qalan yerə-göyə ağlayır,Dəmirqaya, Çatalqaya, Çadırdağ,Şirin-şəkər dilin üçün ağlayır.Ayvaslının, Dərmənköyün torpağı,Perik düşmüş elin üçün ağlayır.

Gurzufun da toy murazı gözündə,Gəlinqaya gəlin üçün ağlayır.

Obana bax, obanal,Vermə qızın çobana.Qızını versən çobana,Soxar başın tobana?.

Qarabaş quzum duz istər,Çoban ağam qız istər.Qarabaş quzuya duz yoxdur,Çoban ağama qız yoxdur.

Tatar qızı oxşamanı, laylanı,Daha burda həzin-həzin oxumaz.Sevgi üstə bəstələnən sözləri,İlmə-ilmə, naxış-naxış toxumaz.

Cənnət Krım, Vətən qaldı yadlara,Ayrılıqdan dağ-dağ oldu sinələr.Qürbət eldə Krım dedi babalar,Qürbət eldə Vətən dedi nənələr.

Arxamızdan ağladılarağac dalları,Bizə haram oldu, aman,Krım yolları.

Hansı qəlbin fəryadıdı, görəsən,Bu sözləri dedirdən vay, deyən vay.

Köç günüdə qan-yaş töküb ağlayan,Yas günündə qara paltar geyən vay.

Rənginizdi tez açılan, tez solan,Bu boşluğu yox dolduran, yox dolan.Qardaş deyib haray çəkən, saç yolan,Oğul deyib, dərd içini yeyən vay.

Dost qəlbini düşmən məkri sıxanda,Fənd işlədib təpə dağı yıxanda,İlanlı çöllərdə canın çıxanda,Döydürən vay, döyülən vay, döyən vay.

Tanrı qarğışımı keçib türklərə,Qaraçay ağlayır, çərkəz ağlayır,Yüz ildən çoxdur ki, çeçen ağlayır.Şoranlı düzlərin duzlu suyundan,İçməyən ağlayır, içən ağlayır.Yurdunda tək qalıb göz yaşı tökən,Yurdundan elliklə köçən ağlayır.Özünü, sözünü tanıya bilmir,Yüz ildən çoxdur ki, Kazan ağlayır.Minbərdən dualar Allaha çatmır,Kazanda çəkilən əzan ağlayır.Qürbətdən Vətənə məktublar gəlir,Yazdıran ağlayır, yazan ağlayır.Mən də boğulmuşam, mən də dolmuşam,Dəyişən adlara ağlayıram mən.İtən nəsillərə, batan səslərə,Batan soyadlara ağlayıram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости