Yaşamaq uğrundayarışır hamı,Kim yeyin yeriyir,kim yavaş gedir.Kimi savaşdadı,kimi barışda,Gah sülh imzalanır,gah savaş gedir.

Arxanı tap ata,tap ana kimi,Dayanma o gücütapana kimi.Bir işi yoğurubyapana kimi,Candan can üzülür,gözdən yaş gedir.

Kimi toyundadı,kimi vayında,Hərə öz hayında,öz harayında.Kimi xanım olurşah sarayında,Kimi kəniz olur,qarabaş gedir.

Nə göl var, nə də ki,yaşılbaş sona,Bəxt quşu hardadıhər başa qona.

Heç nəyi çatdırabilmirik sona,Həmi ömür gedir,həmi yaş gedir.

Uca tut mənliyi,nə yanıl, nə çaş,Hamıya verilmirhəm iştah, həm aş.Xoşbəxtin bağındagül bitirir daş,Bədbəxtin dalıncaqara daş gedir.

2009, 21 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов