Düymələri cırdı, meyvələri kal,Vətəni də satır, şair satanlar.Döşdəki tikandı, çöldəki qanqal,Nifrətlə oyanıb, kinlə yatanlar.

Böyük şairlərin böyük dərdi var,Yeyir düşmənləri, yeyir dostları.Sonra da çəkilib küncə, bucağa,Ağzına nə gəldi deyir dostları.

Nə ruhun, nə canın qədrini bildi,Yedirtdi içini qurda şairlər.Böyük şairlərə qənim kəsildi,Xırda şairciklər, xırda şairlər.

2009, 22 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов