Çağırır
Cavan ömrüm, hər səfərə layiq ol,Həyat səni xeyrə, şərə çağırır.Bircə yerdə necə durum, dayanım,Arzu, dilək min bir yerə çağırır.
Bir də gördün “mənəm” deyən yaşındaFikirlərin duman olur başında.Dayanırsan uçrumların qaşında,Ölüm çəkir, səni dərə çağırır.
Dözümsüzə bir ötərgi səs deyir,Yenilməzi öz qoynuna səsləyir.Dağlar qaşı neçə qartal bəsləyir,Ömrü-günü zirvələrə çağırır.
1976, 13 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-cagirir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Arif olan, diqqət elə, fəhm elə,Qövr eylədi yaram de bir üz, bir üz.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
GülməNə qədər ağlasan ağla! Ki sənin ağlayışın,Bu qaranlıq gecə içrə əriyib məhv olacaq,