Mən dağda, sən düzdə – bu ola bilməz,Enib, dağ eşqimi düzə gətirrəm.Ayrılıq aranı kəsmək istəsə,Bir yola, ərkana, izə gətirrəm.

Gözəllik gəl deyir, gözümü yığım,Bir yerə, bir ömrə mən necə sığım.Yüz yerdə gül açsa bəxtim, varlığım,Yığıb hamısını sizə gətirrəm.

Gələrəm, çəkilər duman da, çən də,Xoş xəbər yetirər özünü kəndə.Yüzillik həsrəti, bərkə düşəndəBir günün içində dizə gətirrəm.

1976, 4 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке