Yaylaqda
Saxla ayağını, sürücü qardaş,Vurma əllərini maşına burda.Hər kəs bir alıcı tərlana dönsün,Qonsun qayaların qaşına burda.
Daşlara sığaldı tütəyin səsi,Çəmənə layladı küləyin səsi.Bulud tüfəngidi, şimşək gülləsi,Qayalar bənzəyir qoşuna burda.
Saz kimi çalınar, ney kimi dinər,Duyğular içində ömrü isinər.Könlü dağ istəyən köhlən at minər,Dönər zirvələrin başına burda.
Duymasan, gözəllik gözünü yumar,Fikrinə, hissinə tumar çək, tumar.Gör necə boylanır gül xumar-xumar,Baş qoy çiçəklərin döşünə burda.
1977, 1 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yaylaqda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qara əllər birləşib səni verdi tarana,Köz qoyub göynətdilər, duz basdılar yarana.
Ordum varsa, yurdum varMənə ordu gərəkdir, xəstəyə dərman kimi,Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi.
Ağa LaçınlıyaBu şeir on il əvvəl yazılıb. Zəngilanı, Qubadlını gəzib Laçına*gəlmişdim. Görüşlər, söhbətlər, məclislər ara vermirdi. Şair dos-*
HarayOyan, nə yatmısan Koroğlu babam,Ustadım, sərkərim, ozanım, haray!
Стихи других поэтов · О природе
Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.
Bu dala, baxSağ dəstində qızıl şanə sevdiyimDarar, zülfün tökər bu dala, bax, bax!