Şahbulaq
Dinlə ürəyimdən gəlib-keçəni,İstərəm arzuma çatım, Şahbulaq.İzin ver bu gecə səhərə kimiSəninlə baş-başa yatım, Şahbulaq.
Əziz saxlayaram hər an xətrini,Ürəyim yananda bildim qədrini.Bulaq saflığını, çəmən ətriniGərək varlığıma qatım, Şahbulaq.
Ürəyim doluydu arzuyla, kamla,Bir şeirə çevrildi hər nurlu damla.Gəldim görüşünə Yusif qağamla,Qalsın yaddaşında adım, Şahbulaq.
Arxamı dağ kəssin, önümü qaya,Qarışa bilməyim bir axar çaya.Gözümlə baxmasam gözəl dünyaya,Quruyum, gözümdən batım, Şahbulaq.
1977, 28 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sahbulaq
Клавиши ← → для перехода, R — случайное стихотворение