Mizrab çəkdim ürəyimə,Saz yerinə, tar yerinə.Səsim düşdü yaradanınQulağının kar yerinə.

Bu ürəyin yükü ağır,Yüksüz ürək yazıq, fağır.Ürəyimə qəmlər yağırQış fəslində qar yerinə.

Bu dərd hardan, bu dağ hardan,Dərd şirəli bu dağ hardan?Ömrüm boyu budaqlardanDərd dərmişəm bar yerinə.

2000, 30 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов