İtən gəncliyini gəz ki, gəzəsən,Tapılmaz, qardaşım, vallah, tapılmaz.

O elə həsrətdi, sal qaya kimi,Çapılmaz, qardaşım, vallah, çapılmaz.

Ürək bir dağılmış saraya bənzər,Yapılmaz, qardaşım, vallah, yapılmaz.

Ölümün gözündən sapmaq istəsən,Sapılmaz, qardaşım, vallah, sapılmaz.

2000, 3 oktyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов