Zülüm
Dərd gəlməsinmi eynimə,Qan sızmasınmı beynimə?Paltar kimi yad əyninəGeyilməkdən zülüm nə var?
Yazın döysə, qışın döysə,Gözdən axan yaşın döysə,Səni öz qardaşın döysə,Döyülməkdən zülüm nə var?
İşıq saça qəlbin nuru,Göz tox ola, könül duru.Acqarına quru-quruBəy olmaqdan zülüm nə var?
Çağırdıq, çatmadın dada,Ömrüm-günüm getdi bada.Xeyrə-şərə, dosta-yadaKey olmaqdan zülüm nə var?
Qovrularsan od ağzında,Qalmaz ləzzət, dad ağzında.Tikə olub yad ağzındaYeyilməkdən zülüm nə var?
2000, 29 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-zulum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Uzun yola çıxmışam,yol uzaqdan uzaqdı,
Qəfil gələn sevinc nə gözəl olurÖzün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.
İlahi sevgilərQəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.
Sən bilmədin mən kiməmBulud yardım, duman keçdim, dağ aşdım,Şimşək bildi, sən bilmədin mən kiməm.