Uçun, uçun,Xəyaldakı zirvələrdən atlanın,Tələbələrim mənim.Bu gün mənə güvəndiniz,Sabah sizə güvənim.-Bu gün önümdəsiniz,Sabah isə ayaq açıbgəzən şirin sözlərim...Vətənimə səpələnmişMənim dan ulduzlarım...Mən öyrədən,Siz öyrənən,Zaman keçir, yer dəyişirBu müqəddəs dövrədə...Bu dünyanı öyrənmişəmMən öyrədə-öyrədə...Mənə heç vaxt yad olmadıSevinciniz, Qəminiz.Xəyallarla nəfəs alanCavanlıq aləminiz.Hissinizə, duyğunuzadola-dola,Sizin ilə addımladımQol-qola...Suyu hər il dəyişilənBir dəniz var önümdə.Suyu axır, Durulur.Bir tərəfdən boşalırsa,Bir tərəfdən o, dolur.Gənclik axır,Bu axma qoşuldum.Yaşım artdı...Ancaq yenəSizinlə həmyaş oldum.Elə dedim: - Bu dünyayaNə baxdım ki, nə görəm.Beş il açıb örtdüyünüz qapılanOtuz ildirMən açıram,örtürəm.Sizin üçün bitən bir şeyBitə bilmir mənimçün.Öyrədirəm,Öyrənirəm,günbəgün.Mən həmişəSizin ilə həmyaşam.Hamınıza yoldaşam!

El-obada ayaq açıbMənim gəzən sözlərim,Vətənimə səpələnmişAy mənim ulduzlarım,Fikrimizdən, sözümüzdənAldığımız işığı,El-obada körpələrinÜrəyinə səpin siz,Biçin olmaz səpinsiz.Bugünkü dərsTək bu günün dərsidir.Tək bu günləSiz gəlməyin vəcdə,yox!..Sizdən hörmət gözləyirəm,Səcdə, yox!..Səcdədə bir hərəkət yox,Çırpıntı yox,Alov yox!O, həm sakit,Həm donuq!

Sən önümdə donursansa,Mən də yoxam,Sən də yox!Başqa simdə çalmalısanMənim köhnə havamı.Sən mənmisən?Yox!Fikrimin,Əqidəmindavamı!Sizin mənə sevginizdə tapmışamİtirdiyim nə varsa.Mənim Sizə dediklərimRuhunuzda yaşarsa,Sizin ayaq basdığınızhər obada mən varam,Qəlbinizdə çağlaram,Dilinizdə qaynaram.Gələcəkdə yaşaram!Sabir olub,Puşkin olub,Vurğun olubHər dərsimin ön sözü.Bəs nə imişMəramının, mətləbiminSon sözü?Harda bir ev uçubdursa,Biz o evəDirək olaq, Daş olaq.Adicə bir insan deyil,Bu Vətənə,Əsl vətəndaş olaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов