Barmaqlar
Barmaqlar, barmaqlar!Nə qədər işiniz, əməliniz var!Kitab yazırsınız, ot çalırsınız,Calaq vurursunuz, bağ salırsınız.Siz çırtma da çalıb gah için-içinMəsum bir körpəni güldürürsünüz.Çəkib tətiyini gah da tüfənginYaxşı bir insanı öldürürsünüz.
Barmaqlar pul sayır, çiçək də dərir,Barmaqlar can verir kamana, tara.Barmaqlar, barmaqlar yol da göstərirNabələd yollarda yol azanlara.
Barmaqlar qaldırır ən ağır yük də,Barmaqlar can verir daşa, torpağa.Ürəyin elçisi qızıl üzük də,Barmağa taxılır, bəli, barmağa.
Mümkünmü, mümkünmü saymaq, büsbütünNələrə qadirdir barmaqlar yenə?Bizim əsrimizdə barmaqlar üçünYaranıb lap təzə bir vəzifə də...
Bir kiçik düyməni basmaq! Bu nədir?Basdısa, bu dünya bir viranədir.Məhv etmək bəşəri, ərzi, hər şeyi,Bir anda dünyanı alt-üst eyləmək!İşə bax! Bu boyda ərzin taleyi, -Bir kiçik barmağa bənd imiş, demək!
İnsan idrakının yaratdıqlarıİnsan idrakının hədəsindədir.Gəlin, ay insanlar, birləşək barı,Dünyanın taleyi məndə, səndədir.
Nələr görməmişdir bu qara torpaq,Yenicə sağalır sinə dağları.Bizim birliyimiz kəsəcək ancaqDüyməyə uzanan o barmaqları.
Noyabr, 1962
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-barmaqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение