Qələm yoldaşım Yusif Səmədoğluna

Hərdən töküb önüməköhnə şəkillərimi,Mən yadıma salıramo ötən illərimi.Bu şəkillər, şəkillərköhnə xatirələrinmin nəğməli səsidir.Yaşadığım anlarınkağızlar üzərindəəks olan kölgəsidir.Şəkillər yığın-yığın,Şəkillər dəstə-dəstə;Hər şəkildə bir anıməbədilik yaşayırcansız bir kağız üstə.Yaşamışam o anı,O an çıxıb əlimdən;O anda keçirdiyimHəyəcanı, duyğunuyaşamaram bir də mən.Siz ey ötən illərdənmənə xatirə qalancansız dövlətim, varım –Kağız parçalarındadonub qalan anlarım!Siz üstünü toz basannəğməsiz bir simsiniz,mənim zahirimsiniz...O anda yaşadığımhissim, duyğum, düşüncəm,bura əks olunmamış -kağız üstə qonmamış.Bax, bu şəkil: əlimdəbir dəstə gül tutmuşam;Sanki qaya başındanyerə baxan bir quşam.On il əvvəl çəkilmişbu şəkilə baxanda,O vaxtkı duyğularımyada düşür bir anda.O duyğuma gülürəm,o arzuma gülürəm.Duyğular başqalaşmış,Arzular başqalaşmış.O zamandan bu yanaçox sıldırım dağları,qayaları aşmışam.Arzular başqalaşmış,mən də başqalaşmışam.O şəkildə gördüyünəli çiçəkli oğlan –sadə ürəkli oğlanmənəmmi?.. Ah, dəyişir-Axı, insan dəmbədəm.Doğrusu, o, həm mənəm,Həm də ki, mən deyiləm.Bu şəkillər, şəkillərköhnə xatirələrinmin nəğməli səsidir.Yaşadığım anlarınkağızlar üzərindəHəkk olan kölgəsidir.

İyul 1960, Riqa, Dubultı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов