Sən niyə qaldırdın yuxudan məni?
Sən niyə qaldırdın yuxudan məni,Rahatca göylərdə uçub gedirdim.Qara buludları, ağ ulduzlarıMərtəbə-mərtəbə qucub gedirdim.
Ucalıq eşqinin başqa sehri var,Orda dərd yox imiş, ələm yox imiş.Yuxuda gördüm ki, qəmsiz, qayğısız,Uçmaqdan müqəddəs aləm yox imiş.
Arzular qanadı, ümidlər göyü,Salar bu dünyaya nəzər, qayıdar.Merac gecəsi var şair ömrünün,Dünyanı başabaş gəzər, qayıdar.
Səs-səs, nəfəs-nəfəs ömrü boyunca,Kövrək duyğulara hoparmış insan.Yüzillik həyatda görmədiyiniBir anlıq yuxuda taparmış insan.
2000, 10 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sen-niye-qaldirdin-yuxudan-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
GəlsinGedin deyin, mənim mələk yarıma,Bir zahmat çakiban buraya gəlsin.
Arzularım...Nə olaydı tale bir də güləydi,Durulaydı göy də, yer də, güləydi.